Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Aktyorlar çıxanda ona lənət oxudular" - Elza Seyidcahan Azər Paşa Nemətovu tənqid etdi

Əməkdar artist Elza Seyidcahan Akademik Milli Dram Teatrının rəsmi status almasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə direktor Azərpaşa Nemətova sərt şəkildə etirazını bildirib

PİA.az xəbər verir ki, o, bu barədə ölkə.az-a danışan bəstəkar-müğənni deyib ki, sözügedən tədbirdə "Azdrama"dan daha çox A.Nemətov barədə xoş sözlər səsləndirilib: 

“Gileylənməyi xoşlamıram. Ancaq teatrla bağlı ən böyük işim Vahid Əzizin sözlərinə yazdığım himndir. Bu himni bilməyən aktyor yoxdur. Adətən, əlamətdar günlərdə bu himn oxunur, hətta bunu məndən tələb edirlər. O tədbirdən çıxanda da aktyorlar dedilər ki, biz o mahnını, himni gözləyirdik. Sanki günahkar mən idim. Dedim ki, bu, mənim səlahiyyətimdə deyil. Mən də məyus oldum. Sanki ora teatrın yox, Azərpaşa Nemətovun yubileyinə gəlmişdik. Tədbirin sonunda karnaval k‫imi şar, fişəng partlatmaq əvəzinə aktyorların himnini vermək daha yaxşı olmazdımı? Sənəti qoyaq bir kənara. Azərbaycan kişisinə qadına diqqət göstərmək yaraşır. Mən bu yaşımda həm anayam, həm nənəyəm, ailə saxlayıram. Ancaq buna baxmayaraq, bəzən balalarımın boğazından kəsib, sənət əsərləri yaratmağa çalışıram. Amaliya Pənahova sağlığında dedi ki, biz aktyorları çox sevirik, amma Elza bu əsəriylə bizə sevgisini bir daha sübut etdi. Yəni, aktyorları belə sevərlər. O da, Məleykə Əsədova da bu əsəri oxumaq istəyirdi. Bu mahnı 15 ildən artıq keçsə də, sanki bu gün yazılıb”.

E.Seyidcahan bildirib ki, Azərpaşa Nemətov nə sənəti, nə də teatrı sevmir:

“Azdrama”nın Ədil İsgəndərov, Ələsgər Ələkbərov, müasir dövrümüzdə Fuad Poladov kimi nəhəngləri olub. Amma o, nə aktyorları, nə də teatrı sevmir. Ora bir gürcü aktyor gəlmişdi, buna çaxır gətirmişdi. Çaxırı görən kimi tez qabağa hoppandı. O qədər çaxır içib ki, qarnı burnuna dəyir. O qədər çaxır içib ki... (həmin ifadəni yazmırıq - red.) Çaxır üçün tez qabağa gəlir. Bütün aktyorlar da çıxanda ona lənət oxudular. Biz Azərpaşanın yubileyinə gəlmişdikmi? Amma hiss edirəm ki, aktyorlar da ondan qorxurlar. Aktyor direktordan qorxursa, o, səhnədə heç nə yarada bilməz. Aktyor yaradıcı insandır, sərbəst olmalıdır, rahat şəkildə fikrini ifadə etməyi bacarmalıdır. Lakin gördüm ki, aktyorlar ondan necə çəkinirlər. O tədbirdə cənab nazir Əbülfəs Qarayevin çıxışını dinlədim. İstərdim ki, Azərpaşa Nemətov heç olmasa onun dediklərindən dərs götürsün”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar